Filfilli kəndi - çərçivə şan balı - Oğuz rayonunun Filfilli kəndində, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə əldə edilən dağ balıdır və arıların hazırlayıb möhürlədiyi formada şanda saxlanılır.
Bal birbaşa mum gözlərində yetişir və satışadək şanda qalır. Çərçivədəki bal süzülmür və doğranmır - siz onu olduğu kimi, bütöv çərçivə şəklində əldə edirsiniz.
Mövcud variantdan asılı olaraq şan öz mum təməlimiz üzərində və ya mum təməli olmadan, tamamilə arılar tərəfindən sıfırdan qurulmuş təbii şan ola bilər.
Saytda göstərilən qiymət 1 kq üçündür. Hər çərçivənin çəkisi fərqlidir və bir çərçivədə orta hesabla təxminən 2 kq bal olur. Sifarişdən sonra sizinlə əlaqə saxlayaraq, seçilmiş çərçivənin dəqiq çəkisi bildiriləcək və qiymət faktiki çəkiyə əsasən hesablanacaq.
📖 Şan balının növləri və faydaları haqqında daha ətraflı öyrənmək istəyirsiniz?
📖 Məqaləni tam oxu