Axtarış
AZ

APİ BAL Yüksək Dağ — ikiqat fermentasiya, 1 kq

İstehsalçı: Nektar
APİ BAL Yüksək Dağ — ikiqat fermentasiya olunmuş balın xüsusi partiyasıdır. Onun tərkibinə müxtəlif bal yığımlarından əldə etdiyimiz bütün bal növləri daxildir. Bu ballar yenidən arılara verilmiş və arılar tərəfindən iyul/avqust aylarında Oğuz rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə toplanmış təzə nektarla birlikdə təkrar emal olunmuşdur. Nadir texnologiya, arıların əlavə iş dövrü və hazır məhsulun az miqdarda alınması bu balı arıxanamızın ən xüsusi və dəyərli məhsullarından birinə çevirir.
Arıçı: Nektar komandası
120,00 ₼
i h
Pulsuz çatdırılma

APİ BAL Yüksək Dağ — ikiqat fermentasiya olunmuş baldır, Oğuz rayonunda dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə yerləşən arıxanamızda hazırlanmışdır.

Onun tərkibinə bütün bal növlərimiz daxildir. Ballar qarışdırıldıqdan sonra yenidən arılara verilmiş, arılar isə onları pətəkdə təkrar emal etmiş və eyni zamanda iyul ayında yüksək dağlıq ərazidən topladıqları təzə nektarı əlavə etmişlər.

Bu proses əlavə vaxt və arıların əlavə əməyini tələb edir. Balın bir hissəsi emal zamanı arı ailəsinin özü tərəfindən istifadə olunduğuna görə hazır məhsulun çıxışı adi bal istehsalı ilə müqayisədə xeyli az olur.

APİ BAL kiçik partiyalarla hazırlanır və arıxanamızın ən xüsusi və dəyərli məhsullarından biridir.

Hər bankanın çəkisi fərqli ola bilər. Bal faktiki çəkiyə görə satılır: sifarişdən əvvəl seçilmiş bankanın dəqiq çəkisi və ona uyğun qiymət müştəriyə bildirilir.

📖 İkiqat fermentasiya texnologiyası və apiterapiya haqqında daha ətraflı bloqumuzda oxuya bilərsiniz.

📖 Oxu ➤ Qaratikan balı 📖 Oxu ➤ Dağ balı 📖 Oxu ➤ İkiqat fermentasiya balı