Şan balı — bu, arılar tərəfindən yaradılmış və heç bir emal olunmadan, mum hüceyrələrdə təqdim olunan təbii baldır. Nə süzülür, nə də qızdırılır — bal olduğu kimi şanda saxlanılır. Şan balı zəngin dadı, mum, vərəmum və çiçək tozu ilə fərqlənir və arıçılığın ən saf məhsullarından biri sayılır. Belə məhsulu yalnız dürüst və etibarlı arıçılardan almaq tövsiyə olunur ki, onun keyfiyyətinə tam əmin olasınız.
Oğuz rayonunun Filfilli kəndindən, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə toplanmış dağ şan balıdır. Bal arılar tərəfindən birbaşa şanda yetişdirilib möhürlənir. Qiymət 1 kq üçün göstərilib. Bir çərçivədə orta hesabla təxminən 2 kq bal olur.
Qaratikan (Paliurus) nektarından əldə edilən, arılar tərəfindən birbaşa şanda yetişdirilib möhürlənmiş may balıdır. Qiymət 1 kq üçün göstərilib. Bir çərçivədə orta hesabla təxminən 2 kq bal olur.
Oğuz rayonunun Qışlaq kəndindən may şan balı. Müxtəlif çiçəklərdən və meşəlik xarakterli ərazidən əldə edilən bal arılar tərəfindən birbaşa şanda yetişdirilib möhürlənir. Qiymət 1 kq üçün göstərilib. Bir çərçivədə orta hesabla təxminən 2 kq bal olur.
Oğuz rayonunun Sincan kəndindən may şan balı. Müxtəlif çiçəklər və akasiya nektarından əldə edilən bal arılar tərəfindən birbaşa şanda yetişdirilib möhürlənir. Qiymət 1 kq üçün göstərilib. Bir çərçivədə orta hesabla təxminən 2 kq bal olur.