İkiqat fermentasiyalı bal — arılar tərəfindən iki dəfə emal olunan nadir və faydalı məhsuldur: əvvəl təbii şəkildə yetişir, sonra yenidən pətəyə qaytarılaraq təkrar zənginləşdirilir. Bu proses balın tərkibini daha dəyərli edir, fermentlər, probiotiklər və antioksidantlarla zənginləşdirir. Apiterapiyada geniş istifadə olunur və dərin, mürəkkəb dada malikdir. Məhsul yalnız öncədən sifarişlə təqdim olunur, ihtehsalı xüsusi şərait tələb edir. Təbii və güclü təsirə malik bal axtaranlar üçün ideal seçimdir.
APİ BAL Qışlaq — ikiqat fermentasiya olunmuş balın xüsusi partiyasıdır. Onun tərkibinə bütün bal növlərimiz daxildir. Bu ballar yenidən arılara verilmiş və arılar tərəfindən Oğuz rayonunun Qışlaq kəndində toplanmış təzə nektarla birlikdə təkrar emal olunmuşdur. Nadir texnologiya, arıların əlavə iş dövrü və hazır məhsulun az miqdarda alınması bu balı arıçılığımızın ən xüsusi məhsullarından birinə çevirir.