Поиск
RU
Все категории
    Меню Закрывать
    Вернуться ко всем

    Arı qalıqları: bu nədir və biz nəyə görə onu satmırıq

    Arı qalıqlar — bu təbii şəkildə ölmüş arıların bədənləridir. Arıçılıqda bu arılar toplanır, qurudulur və xalq təbabətində istifadə olunur: onlardan damcılar, cövhərlər, mazlar və kompreslər hazırlanır. Çünki arı qalıqları tərkibində xitin, arı zəhəri qalıqları və mum kimi faydalı maddələr olur.

    Bəzi faydaları olsa da, biz arı qalıqlarını bilərəkdən satışa çıxarmırıq və bunun səbəblərini açıq şəkildə izah etmək istəyirik.


    🧪 Keyfiyyətli arı qalıqları necə olmalıdır?

    • Yalnız təbii şəkildə (əksər hallarda qocalıqdan) ölmüş arılardan;

    • Təmiz, quru, "çürük, kif, kimyəvi" qoxusuz;

    • Aşağı temperaturda qurudulmuş və düzgün saxlanmış;

    • Antibiotik, pestisid, sintetik dərman verilməmiş arılardan toplanmış.

    📌 Təcrübədə, bu şərtlərə tam əməl olunması çox çətindir, əsas isə odur ki, bu şərtlərin qorunduğunu isbatlamaq demək olar ki, qeyri-mükündür.


    ⚠️ Niyə arı qalıqları təhlükəlidir?

    Arı qalıqları il boyu toplanıla bilir: qışdan sonra, yaz-yay fəsillərində, ölmüş ərkək arılardan və ya təbii şəkildə dağılmış ailələrdən. Amma hər bir halda ciddi risklər var:

    • Arılar xəstəliklərdən, viruslardan, göbələklərdən ölməyibsə, bu arı qalıqları təhlükəlidir;

    • Arılar çox vaxt antibiotik və kimyəvilərlə mùalicə olunur, və bunlar bədəndə qalır;

    • Arı qalıqları bəzən aylarla torpaqda qalır, çürüyür, kiflənə bilir;

    • Bəzi vicdansız arıçılar qəsdən ərkək arıları, ya da zəif ailələri öldürərək kütləvi arı qalıqları "hazırlayırlar".

    Əslində, təzə, təmiz və təhlükəsiz arı qalıqları əldə etməyin yeganə etibarlı yolu — diri arıları əl ilə öldürməkdir. Biz isə buna heç vaxt razı ola bilmərik.


    🏛️ Niyə biz arı qalıqları satmırıq?

    İslam ənənəsində arı — nəcib, zəhmətkeş və faydalı bir məxluqdur. Quranda onun adı ilə "ən-Nəhl" (Bal arısı) surəsi yer alır. Zəruri olmadan arının öldürülməsi isə günah sayılır.

    Biz həyatın dəyərinə və təbiət harmoniyasına hörmət prinsiplərinə sadiqik.
    Biz mənfəət naminə arı öldürmürük. Zorla əldə olunmuş arı qalıqlarından istifadə etmirik.
    Məhz buna görə biz onu ümumiyyətlə satmırıq.


    💬 Bəs saytda niyə kateqoriya var, lakin məhsul mövcud deyil?

    Biz saytın menyusunda "Arı qalıqları" bölməsini bilərəkdən saxlayırıq ki, bu haqdakı mövqeyimizi açıq şəkildə bildirə bilək. Bu bölmədə heç bir məhsul olmayacaq — yalnız bu yazı olacaq.

    Biz istəyirik ki, təkcə balı yox, arının özünü də qiymətləndirən hər kəs üçün seçimimiz şüurlu, şəffaf və aydın olsun.

    Комментарии
    Оставьте ваш комментарий Закрывать
    *