Qablaşdırılmış bal — şüşə və ya plastik qabda, etiketli şəkildə təqdim olunan təbii baldır. Qablaşdırma balı hava, işıq və xarici təsirlərdən qoruyur, uzunmüddətli saxlama üçün əlverişlidir. Etiketdə məhsul haqqında faydalı məlumatlar yer alır: növü, mənşəyi və qablaşdırma tarixi. Həm istifadədə rahatdır, həm də hədiyyə üçün ideal seçimdir. Yalnız “təbii bal” yazılmış məhsullara üstünlük verin.
May balı, ən populyar və faydalı olanlardan biridir, arılar tərəfindən müxtəlif nektar mənbələrindən – çöl çiçəkləri, meşə və bağ ağaclarından toplanır.
Akasiya balı qida mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Zərif ətri və yumşaq dadı var. Akasiya Balının Faydaları: İmmuniteti gücləndirir. Sakitləşdirici təsir göstərir. Yuxusuzluq, öd, həzm sistemi və böyrək xəstəliklərinə faydalıdır. Uşaqların pəhriz qidalanması üçün tövsiyə edilir. Təzə yığılmış akaçya balı açıq, demək olar ki, şəffaf rəngdə olur. Tərkibində yüksək fruktoza miqdarı olduğuna görə uzun müddət kristallaşmır və bir ildən çox maye halında qala bilər!
Bu bal Zaqatala və Balakən rayonlarından toplanır. Antibakterial xüsusiyyətlərə malikdir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qrip, angina, böyrək xəstəliklərinə kömək edir və immuniteti gücləndirir.
Cökə balı ən dəyərli növlərdən biri hesab olunur. O, zəngin, parlaq dada və möhtəşəm ətirə malikdir. Başqırd cökəsindən toplanan bal bir çox faydalı xüsusiyyətlərə sahibdir: onu soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün tövsiyə edirlər, burun axıntısı, bronxit, angina, laringit müalicəsində istifadə olunur. Həmçinin Başqırd cökə balı ürək sağlamlığını gücləndirən vasitə kimi faydalıdır. Başqırd cökəsi çox güclü nektar mənbəyidir – arılar bir hektardan 1000 kq-a qədər yüksək keyfiyyətli bal toplaya bilirlər. Çökə balını onlayn sifariş edə, Bakı və Azərbaycanın digər bölgələrinə çatdırılma ilə əldə edə bilərsiniz. Onlayn alış-veriş edə və ya sifariş üçün məsləhətçi ilə əlaqə saxlaya bilərsiniz.